Şahmatçılarımız Avropa çempionatının VII turunda mübarizə aparacaqlar
Oktyabrın 31-də Batumidə kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının yeddinci turunun oyunları keçiriləcək.

Kişi şahmatçılarımız İsveçrə, qadın yığmamız Gürcüstan yığması ilə mübarizə aparacaq.

Aktivində 9 xal olan qadın komandamız turnir cədvəlində Rusiya və Gürcüstan komandalarından sonra üçüncü pillədə qərarlaşıb. Kişi şahmatçılarımız isə 7 xalla 10-cu pillədədirlər.

Xatırladaq ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adına layiq görülüblər. Komandamız 2011-ci ildə qitə çempionatının gümüş, 2007-ci ildə isə bürünc medallarını qazanıb.

Qadın şahmatçılarımızın isə ən böyük uğuru 1992-ci ildə üçüncü yer olub.

Xəbər 626 dəfə oxundu.