Sərbəst güləşçilərimiz U-23 dünya çempionatını beş medalla başa vurublar
Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək idmançılar arasında dünya çempionatında sərbəst güləşçilərin yarışlarına yekun vurulub.

Azərbaycan millisi çempionatda 5 medal qazanıb. Belə ki, Turan Bayramov (65 kq) bütün rəqiblərinə qalib gəlirək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Abubakr Abakarov (79 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Davud İbrahimov (70 kq) isə bürünc medallara sahib olublar.

Xəbər 712 dəfə oxundu.