Kombat ciu-citsu üzrə komandamız yeni uğurlar qazanmaqda davam edir
Azərbaycanda 2014-cü ildən fəaliyyət göstərən Avrasiya Kombat Ciu-Citsu Federasiyası təsisçisi və birinci vitse-prezidenti Rəsul Məmmədovun rəhbərliyi ilə son illərdə ölkəmizi beynəlxalq miqyaslı yarışlarda uğurla təmsil edərək bir sıra nailiyyətlərə imza atıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzindən azsport.az bildiriblər ki, Ukraynanın paytaxtı Kiyevdə gənclər və böyüklər arasında kombat ciu-citsu üzrə dünya çempionatında uğurla çıxış edib. İyirmi ölkədən 340-dan çox idmançının mübarizə apardığı yarışda komandamız yüksək nəticələr göstərib.

Bu yarışda respublikamız beş idmançı ilə təmsil olunub. Yarışlar yaxın kontakt, tam kontakt və şelf kontakt üzrə üç versiyada keçirilib. Altmış kiloqram çəki dərəcəsində 16-17 yaşlı idmançıların yarışında Fidan Yusifova və Yasər Əhədli yaxın kontakt üzrə qızıl medal qazanıblar. Y.Əhədli, həmçinin tam kontakt yarışında gümüş medala sahib olub. Yetmiş kiloqram yarışda gücünü sınayan Zaur Məmmədov isə bürünc medala layiq görülüb.

Böyüklərin yarışında isə komandamızın üzvləri Vüqar Cəfərov (70 kq), Ramin Kazımov (92 kq) isə şelf kontakt versiyasında bürünc medala layiq görülüblər.

Ümumilikdə 7 medal qazanan Azərbaycan yığması komanda hesabında üçüncü yeri tutub və dünya çempionatının kuboku ilə təltif edilib.

Yarışdan sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev komandamızla görüşüb, onları qazandıqları nailiyyətlərə görə təbrik edərək uğurlar arzulayıb.

Hərbiçilər və Hüquq-Mühafizə Orqanları İdman Assosiasiyasının prezidenti Füzuli Musayev də idmançılarla görüşüb, onlara qazandıqları nailiyyətlərə görə təbriklərini çatdırıb və müvəffəqiyyətlər arzulayıb.

Xəbər 663 dəfə oxundu.