Macarıstanda badminton üzrə beynəlxalq turnirə start verilib
Macarıstanda badminton üzrə 44-cü “YONEX Hungarian International Championships 2019” turnirinə start verilib.

Turnirin ilk günündə təsnifat mərhələsinin oyunları keçirilir. Azərbaycan badmintonçusu Edi Reski Dviçayo mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaq.

Qeyd edək ki, mükafat fondu 25 min dollar olan turnirdə 104 kişi və 44 qadın badmintonçu iştirak edir.

Xəbər 960 dəfə oxundu.