Ağcabədidə yüngül atletika üzrə rayon birinciliyində 61 komanda mübarizə aparıb
Ağcabədidə məktəblilər arasında yüngül atletika üzrə respublika çempionatının rayon mərhələsinin yarışları şəhər 4 nömrəli tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. İkinci və üçüncü yerləri müvafiq olaraq şəhər 2 və 3 nömrəli tam orta məktəblərin komandaları tutublar.

Gənclər və İdman, Təhsil nazirliklərinin, Azərbaycan Milli Olimpiya Komitəsi və Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən respublika birinciliyinin rayon mərhələsində 61 komanda iştirak edib. Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən birincilikdə idmançılar 100 və 200 metr məsafəyə qaçış, 200 metr məsafəyə estafet və tennis topunun uzağa atılması yarışlarında mübarizə aparıblar.

Yarışın sonunda qaliblərə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilib.

Xəbər 707 dəfə oxundu.