Tokioda Ariake Gimnastika Mərkəzinin açılışı olub
Tokioda Ariake Gimnastika Mərkəzinin açılışı olub.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, ənənəvi yapon stil qurğusu ilə tikilmiş mərkəz gələn il Tokio Yay Olimpiya Oyunları zamanı bədii, idman və tamblinq gimnastikası yarışlarına ev sahibliyi edəcək. 12000 tamaşaçı yeri olan arenada Paralimpiya Oyunları zamanı boccia idman növü üzrə yarışlar da təşkil olunacaq. Gimnastika arenası Tokio Bay Bölgəsindən, Atletlər kəndindən və Baş Mətbuat Mərkəzindən 5 dəqiqəlik məsafədə yerləşir.

Qeyd edək ki, gələn il Tokioda gimnastika yarışları iyulun 25-dən avqustun 9-dək, boccia isə avqustun 29-dan sentyabrın 5-dək keçiriləcək.

Xəbər 755 dəfə oxundu.