Cəlilabadda məktəblilər arasında atletika üzrə yarış keçirilib
Məktəblilər arasında atletika üzrə respublika çempionatının Cəlilabad rayon mərhələsi keçirilib.

Yarışda Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəbin komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci pillədə Qarazəncir kənd tam orta məktəbin şagirdləri, üçüncü yerdə isə Əliqasımlı kənd tam orta məktəbin komandası qərarlaşıb.

Qeyd edək ki, yarış Gənclər və İdman, Təhsil nazirlikləri və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilib.

Xəbər 797 dəfə oxundu.