FHN-in İdman Sağlamlıq Mərkəzinin idmançısı beynəlxalq turnirdə mükafat qazanıb
Oktyabrın 19-da Sloveniyanın Qradeç şəhərində cüdo üzrə “Karoşka” açıq beynəlxalq turniri keçirilib.

Fövqəladə Hallar Nazirliyindən azsport.az saytına verilən məlumata görə, turnirdə 23 ölkədən 520-dən çox idmançı mübarizə aparıb. Bu yarışda ölkəmizi təmsil edən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin idmançısı Nigar Şahməmmədova Mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərərək 44 kq çəki dərəcəsində yarışın gümüş medalına layiq görülüb.

FHN-in İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev gənc idmançını qəbul edərək onu qazandığı nailiyyətə görə təbrik edib, gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Xəbər 773 dəfə oxundu.