Şahmatçımız Azər Mirzəyev Kiprdə növbəti qələbəyə imza atıb
Kiprin Larnaka şəhərində şahmat üzrə beynəlxalq turnirin beşinci turunun oyunları başa çatıb.

Şahmatçımız Azər Mirzəyev 5-ci turda rusiyalı Mikayıl İvanov üzərində qələbə qazanaraq aktivinə daha bir xal yazdırıb. Növbəti turda şahmatçımızın rəqibi litvalı Valery Kazakouski olacaq.

Beş turun nəticəsinə görə, təmsilçimizin aktivində 3,5 xal var. O, bu nəticə ilə turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.

Yarışda 140 şahmatçı mübarizə aparır ki, onların da 12-si qrossmeysterdir.

Turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarət olacaq.

Xəbər 671 dəfə oxundu.