Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turuna yekun vurulub
Oktyabrın 28-də Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.

Turun son oyununda “Qarabağ” “Səbail”lə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Görüşdəki yeganə qol 86-cı dəqiqədə vurulub. Qara Qarayevin zərbəsi dəqiq alınıb.

Bu nəticədən sonra “Qarabağ” 25-ci xalını qazanıb və liderliyini daha da möhkəmləndirib. “Səbail” isə 10 xalla 4-cü yerdədir.

Qeyd edək ki, turun ilk 3 oyununda “Keşlə” evdə “Qəbələ”ni 2:1, “Neftçi” səfərdə “Sumqayıt”ı 4:2 hesabı ilə yenib, “Sabah” – “Zirə” matçında isə qalib müəyyənləşməyib - 2:2.

Xəbər 723 dəfə oxundu.