Gəncə şəhərində ilk dəfə veloyürüş təşkil olunub
Oktyabrın 27-də Gəncə şəhərində ilk dəfə velosiped yürüşü keçirilib.

“Regional İnkişaf” İctimai Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Gəncə – 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanının təşviqi olub.

Dörd kilometrlik veloyürüş Gəncə şəhəri Dəmir yolu Vağzalının qarşısından start götürüb və Gəncə Şəhər İcra Hakimiyyətinin önünədək davam edib. Yürüşdə 1000-dən çox velosipedçi iştirak edib.

Qeyd edək ki, veloyürüş layihəsi çərçivəsində aztəminatlı ailələrdən olan ümumilikdə 100 uşağa velosiped hədiyyə edilməsi nəzərdə tutulub.


Xəbər 697 dəfə oxundu.