“Ocaq Sport” idman klubunun gimnastları Bolqarıstanda bürünc medala sahib olublar
Bolqarıstanın Plovdiv şəhərində aerobika gimnastikası üzrə “Plovdiv Cup” beynəlxalq turniri təşkil edilib.

Yarışda “Ocaq Sport” idman klubunun təmsilçiləri Aydan Şirinli, Dilarə Qurbanova, Nəzifə Tağıyeva, Melisa Kaysı və Evelina Əlimuradova 9-11 yaşlı gimnastlar arasında mübarizə aparıblar.

Qrup proqramı üzrə çıxışları gimnastlara bürünc medal qazandırıb.

Xəbər 779 dəfə oxundu.