Ağcabədidə mini-futbol turnirinin qalibləri müəyyənləşib
Ağcabədidə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə keçirilən məktəblilər arasında mini-futbol turniri başa çatıb.

On gün davam edən turnirdə rayonun ümumtəhsil məktəblərinin 12 komandası iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə Ağcabədi şəhər 4 nömrəli tam orta məktəbin komandası birinci, 11 nömrəli tam orta məktəbin komandası ikinci, 2 nömrəli tam orta məkətbin komandası isə üçüncü yerə layiq görülüb. Qalib komandalar Gənclər və İdman İdarəsi tərəfindən diplom və kuboklarla mükafatlandırılıb.

Xəbər 684 dəfə oxundu.