Şahmatçılarımız Avropa çempionatının beşinci turunda mübarizəyə başlayıblar
Batumidə şahmat üzrə komandalararası Avropa çempionatının beşinci turu start götürüb.

Kişilərdən ibarət komandamız Xorvatiya, qadın yığmamız isə İtaliya şahmatçıları ilə üz-üzə gəliblər.

Komandamızın üzvləri Eltac Səfərli Ante Brkic, Rauf Məmmədov Marin Bosiocic, Qədir Hüseynov Hrvoje Stevic, Günay Məmmədzadə Marina Brunello, Xanım Balacayeva Olga Zimina, Ülviyyə Fətəliyeva Elena Sedina, Gülnar Məmmədova Daniela Movileanla mübarizə aparırlar.

Qeyd edək ki, komandalarımızın aktivində 3 qələbə, 1 məğlubiyyət var.

Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə üç dəfə Avropa çempionu olub.

Xəbər 669 dəfə oxundu.