İdman gimnastlarımız Tbilisidə uğurla çıxış ediblər
Tbilisidə idman gimnastikası üzrə “Medea Cup” beynəlxalq turnir keçirilib. Turnirdə ölkəmizi yığma komandamızın üzvləri Anar Həsənov, Rəsul Əhmədzadə və Ramin Dəmirov təmsil ediblər.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, idmançılarımızdan ən yaxşı nəticəni A.Həsənov və R.Əhmədzadə göstəriblər. Belə ki, A.Həsənov sərbəst hərəkətlərdə, R.Əhmədzadə isə turnikdə birinci olublar.

A.Həsənov dəstəli atda çıxışına görə gümüş, R.Əhmədzadə isə bürünc medal qazanıb. Onların komanda yoldaşı R.Dəmirov isə halqalarda ikinci pillədə qərarlaşıb. Gimnastımız paralel qollarda üçüncü yeri tutub.

Xəbər 716 dəfə oxundu.