Binəqədidə voleybol üzrə rayon birinciliyi keçirilib
Oktyabrın 25-də Binəqədi rayon 244 saylı tam orta məktəbin idman zalında qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışın məqsədi, yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi olub.

Yekun nəticələrə görə, birinciyə 182, ikinciyə 314, üçüncü yerə 248 saylı tam orta məktəbin komandası layiq görülüblər.

Xəbər 681 dəfə oxundu.