Şahmatçımız Kipr turnirində liderlər qrupunda çıxışını davam etdirir
Kiprin Larnaka şəhərində şahmat üzrə beynəlxalq turnirin beşinci turunun oyunları keçiriləcək.

Şahmatçımız Azər Mirzəyev növbəti turda rusiyalı Mikayıl İvanov ilə görüşəcək.

Dörd turun nəticəsinə görə, təmsilçimizin aktivində 3,5 xal var. O, bu nəticə ilə üçüncü pillədə qərarlaşıb. Yarışda 140 şahmatçı mübarizə aparır ki, onların da 12-si qrossmeysterdir.

Turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarət olacaq.

Xəbər 714 dəfə oxundu.