Luis Hamilton Formula 1 Meksika Qran-Prisinin qalibi olub
Formula 1 üzrə dünya çempionatının 18-ci mərhələsinin – Meksika Qran-Prisinin qalibi müəyyənləşib.

“Mercedes” komandasının britaniyalı pilotu Luis Hamilton finiş xəttinə birinci çatıb.

Bu mərhələdə ikinci yeri “Ferrari”nin alman pilotu Sebastyan Fettel, üçüncü yeri isə “Mercedes”in üzvü Valtteri Bottas tutublar.

Qeyd edək ki, Formula 1 üzrə dünya çempionatının növbəti – 19-cu mərhələsi noyabrın 1-3-də ABŞ-da keçiriləcək.

Xəbər 720 dəfə oxundu.