Şəkidə atletika üzrə rayon birinciliyi keçirilib
Şəkidə məktəblilər arasında yüngül atletika üzrə ölkə birinciliyinin rayon mərhələsinin yarışları şəhər liseyinin komandasının qələbəsi ilə başa çatıb. İkinci və üçüncü yerləri müvafiq olaraq şəhər 5 və 19 nömrəli tam orta məktəblərin komandaları tutublar.

Gənclər və İdman, Təhsil nazirliklərinin, Azərbaycan Milli Olimpiya Komitəsi və Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən respublika birinciliyinin rayon mərhələsində 26 məktəb komandasının tərkibində 156 yeniyetmə idmançı yarışıb. Komandaların 16-sı şəhər, 10-u isə kənd məktəblərini təmsil edib. Şəhər stadionunda keçirilən birincilikdə idmançılar 100 və 200 metr məsafəyə qaçış, 200 metr məsafəyə estafet və tennis topunun uzağa atılması yarışlarında mübarizə aparıblar.

Yarışın qalibi Şəki şəhər Liseyinin komandası, eyni zamanda, respublika birinciliyinin zona mərhələsində iştirak etmək hüququ qazanıb.

Xəbər 679 dəfə oxundu.