Azərbaycan badmintonçusu “Algeria International 2019” turnirində yarımfinala yüksəlib
Oktyabrın 26-da Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Əlcazairdə keçirilən “Algeria International 2019” turnirində yarımfinala yüksəlib.

Turnirdə ölkəmizi kişilərin şəxsi yarışında E.Dviçayo və Ezmi Qovımuramadhoni təmsil edirlər.

Mübarizəyə onaltıdabir final mərhələsindən başlayan badmintonçumuz E.Dviçayo ilk görüşündə hindistanlı Anant Şivam Jindalı udub. Növbəti mərhələdə Əlcazair idmançısı Yousef Sabri Medeli məğlub edən badmintonçumuz dörddəbir finalda türkiyəli Əmrə Laləni üstələyərək yarımfinala vəsiqə qazanıb. E.Dviçayo yarımfinalda Mavriki təmsilçisi Georges Julien Paulla qarşılaşacaq.

Digər idmançımız E.Qovımuramadhoni səkkizdəbir finalda fransalı Leo Rossiyə uduzaraq turnirdəki çıxışını dayandırıb.
Qeyd edək ki, turnirdə 36 kişi və 24 qadın badmintonçu iştirak edir.


Xəbər 975 dəfə oxundu.