Çingiz Hüseynzadə AOK-un Olimpiya Oyunları Komissiyasının sədri seçilib
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin (AOK) Varşavada keçirilən Baş Assambleyasında bu qurumun Olimpiya Oyunları Komissiyasının sədri seçilib.

Tədbirdə Polşa Olimpiya Komitəsinin 100 illik yubileyi qeyd olunub. Yubiley münasibətilə MOK-un vitse-prezidenti Ç.Hüseynzadə və baş katibin müavini Azər Əliyev xatirə hədiyyələri təqdim ediblər.

Assambleyada AOK-un Olimpiya Oyunları, Avropa Gənclər Festivalı, Atletlər, Olimpiya mədəniyyəti və irs, Olimpiya Akademiyası və digər komissiyalarının iclasları keçirilib. Baş Assambleyada Ç.Hüseynzadə Olimpiya Oyunları Komissiyasının sədri seçilib.

Həmçinin “Tokio 2020”, “Paris 2024” Yay, “Pekin 2022” Qış Olimpiya oyunlarının, 2023-cü ildə Krakov və Malopolskada təşkil olunacaq üçüncü Avropa Oyunlarının hazırlıq işlərinə dair hesabat məruzələri dinlənilib.

Xəbər 1031 dəfə oxundu.