“Böyük dəbilqə” turnirində cüdoçumuz bürünc medal uğrunda mübarizə aparacaq
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Böyük dəbilqə” turnirində cüdoçumuz Uşangi Kokauri bürünc medal uğrunda mübarizə aparacaq.

Kişilər arasında 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən təmsilçimiz üçüncü yer uğrunda görüşdə ukraynalı Oleksandr Qordııenko ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan komandasının aktivində 1 medal var. Komandamızın üzvü Orxan Səfərov (66 kq) “Böyük dəbilqə” turnirinin gümüş medalına layiq görülüb.

Yüzədək ölkədən 500-dən çox cüdoçunun mübarizə apardığı turnirə Azərbaycan 15 idmançı ilə qatılıb.

“Böyük dəbilqə” turnirinə oktyabrın 26-da yekun vurulacaq.

Xəbər 791 dəfə oxundu.