UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qolu açıqlanıb
Oktyabrın 25-də UEFA Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun ən yaxşı qolu bəlli olub.

Almaniyanın “Leypsiq” komandasının hücumçusu Marçel Sabitzerin “Zenit” klubuna vurduğu qol həftənin ən yaxşısı seçilib.

Qeyd edək ki, “Leypsiq” doğma meydanda “Zenit”i 2:1 hesabı ilə məğlub edib. Avstriyalı hücumçu həmin görüşdə komandasının qələbə qolunun müəllifi olub.

Xəbər 778 dəfə oxundu.