“Qarabağ”ın iki futbolçusu UEFA Avropa Liqasının rəmzi komandasında yer alıb
UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun oyunlarından sonra həftənin komandası açıqlanıb.

Rəmzi “11-lik”də “Qarabağ”ın doğma meydanda “APEOL”lə 2:2 hesabı ilə heç-heçə etdiyi oyunda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənən yarımmüdafiəçisi Dani Kintana və bir qolun müəllifi olan müdafiəçisi Ailton Silva da yer alıb. “APOEL” klubunda isə Nikolas İonnau və Linus Hallenius fərqləniblər.

Rəmzi komandada Matvey Safonov (“Krasnodar”, Rusiya), Artem Şabanov (“Dinamo Kiyev”, Ukrayna), Oven Vijndal (“Az Alkmar”, Niderland), Serxio Eskudero (“Sevilya”, İspaniya), Ailton Silva (“Qarabağ”, Azərbaycan), Teun Koopmeiners (“Az Alkmar”, Niderland), Dani Kintana (“Qarabağ”, Azərbaycan), Franko Vazquez (“Sevilya”, İspaniya), Nikolas Pepe (“Arsenal”, İngiltərə), Oussama İdrissi (“Az Alkmar”, Niderland) və Roman Yaremçuk (“Gent”, Belçika) yer alıblar.

Xəbər 686 dəfə oxundu.