“Vətən” kikboksinq klubunun açıq birinciliyi keçiriləcək
Noyabrın 10-da Şağan Olimpiya Kompleksində kikboksinqin kik-layt versiyası üzrə “Vətən” klubunun açıq birinciliyi keçiriləcək.

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təşkil ediləcək yarışda 8-10 yaşlı idmançılar 20, 22, 24, 26, 28 və 32 kiloqram çəki dərəcəsində yarışacaqlar.

On yaşdan on üç yaşadək idmançılar isə 26, 28, 32, 37, 42, 47 kiloqram və 47 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar.


Xəbər 1079 dəfə oxundu.