Azərbaycanın U-16 komandası moldovalı həmyaşıdlarına məğlub olub
Moldovada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, bu ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan futbolçularımız 0:2 hesab ilə məğlub olublar.

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda yığmamız 2:0 hesablı qələbə qazanmışdı.

Xəbər 723 dəfə oxundu.