Dünya çempionatında 16-18 yaşlı karateçilər mübarizəyə başlayırlar
Çilinin paytaxtı Santyaqo şəhərində karate üzrə XI dünya çempionatı davam edir.

Yarışın ilk günündə mübarizəyə qatılan Roman Heydərov (21 yaşadək, kata) yarımfinalda çıxışını başa vurub. Bürünc medal uğrunda görüşə qatılmaq üçün 0.20 xalı çatmayan R.Heydərov nəticədə 6-7-ci yerləri bölüşüb.

Turnirin ikinci günündə 14-15 yaşlı yeniyetmə karateçilərimiz çempionatı mükafatsız başa vurublar.

Oktyabrın 25-də 16-18 yaşlı gənclər mübarizəyə qatılacaqlar. Oğlanlar arasında Sultan Hüseynov (55 kq), Hüseyn Məmmədli (61 kq), Tale Yaqubov (68 kq), Hüseyn Hüseynzadə (76 kq) və Namiq Quliyev (76 kq-dan yuxarı), qızların yarışında Fidan Dadaşova (48 kq), Polina Qurenko (53 kq) və Ayla Rzazadə (59 kq) tatamiyə çıxacaqlar.

Yeniyetmə və gənclərin dünya çempionatı oktyabrın 27-də başa çatacaq.

Xəbər 730 dəfə oxundu.