3x3 basketbol üzrə könüllülər kuboku uğrunda turnirin qalibləri mükafatlandırılıb
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin konfrans zalında basketbol (3×3) üzrə könüllülər kuboku uğrunda turnirin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Baş İdarənin rəisi Raqif Abbasov, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən tədbirdə qalib komandanın üzvlərinə növbəti yarışlarda uğurlar arzulanıb, müvafiq dərəcəli diplom və medallar təqdim olunub.

Mükafatlandırma mərasimindən sonra oktyabrın 28–31-də Binəqədi rayonu 248 nömrəli tam orta məktəbin meydançasında keçiriləcək futbol üzrə könüllülər kuboku uğrunda turnirin püşkatma mərasimi keçirilib.

Su İdman Sarayının yaxınlığında yeni salınmış ABAD məhəllədə keçirilən basketbol (3×3) üzrə könüllülər kuboku uğrunda turnirdə 13 oğlan və 7 qız komandası mübarizə aparıb.

Xəbər 941 dəfə oxundu.