Futzal üzrə Yüksək Liqada V turun oyun cədvəli açıqlanıb
Futzal üzrə Yüksək Liqada V turun oyun cədvəli açıqlanıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, turun oyunları oktyabrın 31-də keçiriləcək.

Tura “Xızı–“Yasamal” oyunu ilə start veriləcək. Görüş saat 12:00-da başlayacaq. Günün ikinci qarşılaşması “Neftçi” və “Baku Fire” komandaları arasında keçiriləcək və matça saat 14:00-da start veriləcək. Saat 16:00-da “Premier”–“Araz”, iki saat sonra EKOL–“Record” və saat 20:00-də “Marafon”–“Bakı” oyunlarının start fiti səsləndiriləcək.

Turun oyunları “Olimpik Star”da təşkil olunacaq.

Dörd turdan sonra 12 xala malik “Araz” və “Neftçi” turnir cədvəlində ilk iki pillədə yer alıblar. EKOL komandası isə 9 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 682 dəfə oxundu.