Azərbaycan Atletika Federasiyasının baş katibi beynəlxalq tədbirdə iştirak edir | |
Estoniyanın paytaxtı Tallində Avropa Atletika Federasiyaları Assosiasiyasının konvensiyası keçirilir. Tədbirdə ölkəmizi Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə təmsil edir. Tədbirə Beynəlxalq Atletika Federasiyası, Avropa Atletika Federasiyaları Assosiasiyasının prezidentləri, vitse-prezidentləri, komitə üzvləri, üzv federasiyaların rəhbər işçiləri və digərləri qatılıblar. Konvensiyaya oktyabrın 26-da yekun vurulacaq. |
|
Xəbər 749 dəfə oxundu. |
|
|