“Böyük dəbilqə” turnirin ikinci günündə üç cüdoçumuz mübarizə aparır
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

Yarışın ikinci günündə 3 cüdoçumuz - Rüstəm Orucov (73 kq), Hidayət Heydərov və Fəqan Quluzadə (hər ikisi 81 kq) mübarizə aparırlar.

Qeyd edək ki, Azərbaycan komandasının aktivində 1 medal var. Komandamızın üzvü Orxan Səfərov (66 kq) “Böyük dəbilqə”nin gümüş medalını qazanıb.

Yüzədək ölkədən 500-dən çox cüdoçunun mübarizə apardığı turnirə Azərbaycan 15 idmançı ilə qatılıb.

“Böyük dəbilqə” turnirinə oktyabrın 26-da yekun vurulacaq.

Xəbər 731 dəfə oxundu.