Qılıncoynadanlarımız Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcəklər
Oktyabrın 26-27-də Tbilisidə qılıncoynatmanın sablya növü üzrə beynəlxalq turnir keçiriləcək.

“Tbilisi Satellite” turnirində Azərbaycanı Cavanşir Ağakişiyev, Aysel Əhədova, Anna Başta, Valeriya Bolşakova, Sevil Bünyatova və Səbinə Kərimova təmsil edəcəklər.

Yarışda 15 ölkədən 36 kişi və 28 qadın idmançı mübarizə aparacaq.

Xəbər 729 dəfə oxundu.