Şahmatçılarımızın Avropa çempionatının ikinci turunda rəqibləri müəyyənləşib
Batumidə komandalararası Avropa çempionatının ikinci turunda Azərbaycan şahmatçılarının rəqibləri müəyyənləşib.

Kişilərdən ibarət komandamız Fransa, qadın yığmamız İspaniya təmsilçiləri ilə mübarizə aparacaqlar. Belə ki, Şəhriyar Məmmədyarov Maksim Laqarde, Arkadi Naydiç Eduard Romeyn, Rauf Məmmədov Mark Maurizi, Qədir Hüseynov Tiqran Qaramyanla qarşılaşacaqlar. Qadın şahmatçılarımız Günay Məmmədzadə Sabrina Qutierre, Xanım Balacayeva Marta Qarsiya, Ülviyyə Fətəliyeva Ana Matnadze, Türkan Məmmədyarova isə Monika Kalzatte ilə üz-üzə gələcəklər.

Kişilərdən ibarət komandamız birinci turda Serbiya (3,5:0,5), qadın yığmamız Latviya (4:0) şahmatçıları üzərində qələbə qazanıblar.

Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə 3 dəfə Avropa çempionu olub.

Xəbər 692 dəfə oxundu.