Azərbaycan badmintonçuları “Algeria International 2019” turnirində mübarizəyə başlayırlar
Azərbaycan badmintonçuları Əlcəzairdə keçirilən “Algeria International 2019” turnirində iştirak edirlər.

Turnirdə ölkəmizi kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Ezmi Qovımuramadhoni təmsil edirlər.

Mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaq badmintonçumuz E.Dviçayo ilk görüşünü belçikalı Elias Brackeyə qarşı keçirəcək. Digər idmançımız E.Qovımuramadhoni isə xorvatiyalı Zvonimir Durkinjakla üz-üzə gələcək.

Qeyd edək ki, turnirdə 36 kişi və 24 qadın badmintonçu iştirak edir.

Xəbər 964 dəfə oxundu.