UEFA Avropa Liqasının üçüncü turunun ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib
Oktyabrın 25-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü turunun ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Qrup mərhələsinin üçüncü turunun qarşılaşmalarında apardıqları mübarizəyə görə həftənin ən yaxşı futbolçusu adına Nikola Pepe (“Arsenal”, İngiltərə), Franko Vaskes (“Sevilya”, İspaniya), Rayan Kristi (“Seltik”, Şotlandiya) və “AZ Alkmar”ın klubunun yarımmüdafiəçi Ussama İddrisi iddialıdırlar.

Qeyd edək ki, qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində oktyabrın 26-da müəyyənləşəcək.

AZƏRTAC

Xəbər 703 dəfə oxundu.