Futzal üzrə Azərbaycan millisi Monteneqro yığmasına qalib gəlib
2020-ci ildə keçiriləcək futzal dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası oktyabrın 24-də növbəti qələbəsini qazanıb.

Komandamız Bakı İdman Sarayında Monteneqro futzalçıları ilə qarşılaşıb.

Almaniyalı baş hakim İngo Heemsotun idarə etdiyi oyunda millimiz 3:2 hesabı ilə qalib gəlib. Seçməmizin heyətində Tyaqo Bolinya, Ramiz Çovdarov və Amir Şojaei fərqləniblər.
Komandamız növbəti oyununu oktyabrın 26-da Slovakiya yığmasına qarşı keçirəcək.

Millimiz ilk oyununda Moldova yığmasına 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 734 dəfə oxundu.