Futzal üzrə Slovakiya komandası Bakıda ikinci qələbəsini qazanıb
Oktyabrın 24-də Bakı İdman Sarayında 2020-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının əsas mərhələsinin üçüncü qrupu çərçivəsində növbəti oyun keçirilib.

Bakıda təşkil olunan qrupun oyunlarında Azərbaycan ilə yanaşı, Slovakiya, Monteneqro və Moldova komandaları mübarizə aparırlar.

Yarışın ikinci turunda Slovakiya və Moldova yığmaları üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda slovakiyalı futzalçılar 7:4 hesabı ilə qalib gəliblər.

Günün ikinci qarşılaşması isə Azərbaycan və Monteneqro komandaları arasında təşkil olunacaq. Görüş saat 20:00-da start götürəcək.

Millimiz ilk oyununda Moldovaya 3:1 hesabı ilə qalib gəlib. Slovakiya yığması isə Montoneqronu 5:0 hesabı ilə məğlub edib.

Xəbər 714 dəfə oxundu.