Cüdoçumuz Orxan Səfərov “Böyük dəbilqə” turnirində gümüş medal qazanıb
Azərbaycan cüdoçusu Orxan Səfərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirində gümüş medal qazanıb.

Turnirdə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici görüşdə italiyalı Manuel Lombardoya məğlub olaraq gümüş medalla kifayətlənib.
Yüzədək ölkədən 500-dən çox cüdoçunun mübarizə apardığı turnirə Azərbaycan 15 idmançı ilə qatılıb.

“Böyük dəbilqə” turnirinə oktyabrın 26-da yekun vurulacaq.


Xəbər 676 dəfə oxundu.