Azərbaycan millisi dünya çempionatının əsas mərhələsi çərçivəsində növbəti oyununu keçirir
2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində futzal üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirir.

Komandamız Bakı İdman Sarayında Monteneqro futzalçıları ilə qarşılaşır.

“İdman TV”dən canlı yayımlanan oyunun baş hakimi almaniyalı İngo Heemsotdur. Ona çexiyalı Ondrey Çerni və portuqaliyalı Migel Kastilyo kömək edirlər.

Qarşılaşmanın hakim-inspektoru Qalan Nieto Pedro Angel (İspaniya), UEFA nümayəndəsi isə Assem Kujanovadır.
Millimiz ilk oyununda Moldova yığmasına 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 897 dəfə oxundu.