Rəhman Hacıyev Azərbaycan Premyer Liqasının 8-ci turunun ən yaxşı oyunçusu seçilib
Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turunun ən yaxşı oyunçusu müəyyənləşib.

Azsport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, ən yaxşı futbolçu adına “Neftçi”nin oyunçusu Rəhman Hacıyev sahib olub. O, “Zirə”yə qalib gəldikləri (3:0) görüşdə 90 dəqiqə meydanda olub və bir məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər 721 dəfə oxundu.