AMPK və BPK rəhbərləri Paralimpiya hərəkatının inkişafı sahəsində müzakirələr aparıblar
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) Almaniyanın Bonn şəhərində keçirilən tədbirlərində iştirak edir.

İ.Rəhimov oktyabrın 24-də BPK-nin prezidenti Andrü Parsons ilə görüşüb.

İ.Rəhimov Azərbaycan Prezidenti İlham Əliyevin BPK-nın 30 illik yubileyi münasibətilə təbrik məktubunu Andrü Parsonsa təqdim edib.

A.Parsons təbrikə və diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Sonra Paralimpiya hərəkatının inkişafı sahəsində müzakirələr aparılıb.

AZƏRTAC

Xəbər 841 dəfə oxundu.