Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 5 medal qazanıblar
Azərbaycanın stolüstü tennisçiləri Şimali Kiprdə təşkil olunan beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Stolüstü tennisçilərimiz komanda yarışında ikinci yeri tutublar. Ölkəmizi şəxsi yarışlarda təmsil edən Emin Məmmədov gümüş, Kənan Pənahov bürünc medal qazanıblar. Qoşa yarışlarda Emin Məmmədov - İlkin Abdulov cütlüyü gümüş, Kənan Pənahov - Xaliq Becanov cütlüyü isə bürünc medala layiq görülüblər.

Xəbər 1035 dəfə oxundu.