“Qəbələ” komandası UEFA Gənclər Liqası turnirində mübarizəni dayandırıb
UEFA Gənclər Liqası turnirinin birinci mərhələsində “Qəbələ” futbol klubu oktyabrın 24-də cavab oyununu keçirib.

Təmsilçimiz Qəbələ şəhər stadionunda Kiprin APOEL komandası ilə qarşılaşmada 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Xatırladaq ki, bu komandaların ilk oyun 1:1 hesabı ilə başa çatmışdı.

Xəbər 754 dəfə oxundu.