Kipr turnirində ölkəmizi Azər Mirzəyev təmsil edəcək
Oktyabrın 25-də Kiprin Larnaka şəhərində şahmat üzrə beynəlxalq turnir start götürəcək.

Ölkəmizi turnirdə qrossmeyster Azər Mirzəyev təmsil edəcək.

Yarışa 140 şahmatçı qatılacaq ki, onların da 12-si qrossmeysterdir.

Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq.

Xəbər 685 dəfə oxundu.