Sambo üzrə Bakı birinciliyinin qalibləri bəlli olub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində 1999-2000-ci il təvəllüdlü idmançılar arasında sambo üzrə paytaxt birinciliyi keçirilib.

Birincilikdə 10 çəki dərəcəsi üzrə 102 idmançı mübarizə aparıb.

Yarışda İnqilab Baxışov (48 kq), Rəşad Salayev (52 kq), Tofiq Əliyev (57 kq), Kənan Babayev (62 kq), Xankişi Cəfərquliyev (68 kq), Şöhrət Lətifzadə (74 kq), Ağani Məmmədov (82 kq), Xəlil Cəlilzadə (90 kq), Əli Əlizadə (100 kq) və Eltun Qəmbərov (100-dan yuxarı) qızıl medal qazanıblar.

İlk üçlüyü tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 1182 dəfə oxundu.