Daha bir güləşçimiz Hərbçilərin Dünya Oyunlarında komandamızın aktivinə gümüş medal yazdırıb
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov (87 kq) Çinin Uxan şəhərində keçirilən Hərbçilərin 7-ci Dünya Oyunlarında komandamızın aktivinə gümüş medal yazdırıb. Bu, Azərbaycan komandasının turnirdə beşinci medalıdır.

Rafiq Hüseynov ilk görüşdə ukraynalı Aleksandr Şişman, dörddəbir finalda cənubi koreyalı Sanqyeok Park, yarımfinalda isə dörd il əvvəl Bakıda keçirilmiş ilk Avropa Oyunlarının finalında uduzduğu rusiyalı Yevgeni Saleyevdən üstün olub. Güləşçimiz finalda macar Viktor Lorintsə 4:1 hesabı ilə uduzaraq yarışı ikinci pillədə başa vurub.

AZƏRTAC

Xəbər 605 dəfə oxundu.