FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası iki pillə geriləyib. Millimiz 1189 xalla 111-ci pillədə qərarlaşıb.

Reytinq cədvəlinə 1755 xalla Belçika millisi başçılıq edir. Fransa 1726 xalla ikinci, Braziliya 1715 xalla üçüncü pillədə yer alıb.

Xəbər 712 dəfə oxundu.