“Qəbələ” komandası Kiprin APOEL klubunu qəbul edəcək
Bu gün UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qəbələ” futbol klubu cavab oyunu çərçivəsində Kiprin APOEL komandası ilə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Denis Şurman olacaq. Ona Valentin Kutsev və Vladimir Korotin kömək edəcəklər. Dördüncü hakim funksiyasını həmyerlimiz Vüqar Həsənli yerinə yetirəcək.

Matçın UEFA nümayəndəsi Amir Navon (İsrail), hakim-inspektoru isə Frits Ştuxlik (Avstriya) olacaq.

Komandalar arasında Kiprdə təşkil olunan ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Xəbər 680 dəfə oxundu.