Futzal üzrə millimiz dünya çempionatının əsas mərhələsinə qələbə ilə başlayıb
Oktyabrın 23-də futzal üzrə Azərbaycan millisi 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsinə qələbə ilə başlayıb.

Komandamız Bakı İdman Sarayında Moldova futzalçıları ilə qarşılaşıb.

Çexiyalı baş hakim Ondrey Çerninin idarə etdiyi oyunda millimiz 3:1 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Bolinya dubl edib, Vassura isə bir dəfə fərqlənib.

Millimiz növbəti oyununu oktyabrın 24-də Monteneqro yığmasına qarşı keçirəcək.

Turun ilk oyununda isə Slovakiya komandası Monteneqronu 5:0 hesabı ilə məğlub edib.


Xəbər 687 dəfə oxundu.