U-16 komandamız Moldova yığmasına qalib gəlib
Moldovada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan futbolçularımız 2:0 hesablı qələbə qazanıblar. Qolları Amin Qarayev və Ayxan Süleymanlı vurublar.

Oktyabrın 25-də komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.

Xəbər 688 dəfə oxundu.